Dubaylı iş adamının həyat yoldaşına etdiyi bahalı hədiyyə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qız övladı dünyaya gətirən həyat yoldaşını sevindirmək istəyən iş adamı ona 400 min dollar dəyərində "Mercedes G-Wagon" markalı avtomobil hədiyyə edib.
Bu hədiyyə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bahalı avtomobilin doğuşdan sonra həyat yoldaşına bağışlanması istifadəçilərin diqqətini çəkib və müxtəlif fikirlərə səbəb olub. /milli.az/