AMB sədrindən neftin qiyməti ilə bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il 1 barrel neftin qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırır.

Bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə 1 barrel neftin orta qiymətinin 82,8 dollar olacağı gözlənilir.