Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək.
Bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
"Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünki düşünürük ki, maliyyə sektorunun strukturuna nəzər saldıqda, iki-üç böyük bankın konsolidasiyası nəticəsində rəqabət arta bilər. Gözləntimiz də məhz budur. Gələn il konsolidasiya ilə bağlı hər hansı tədbir və ya plan olarsa, biz bunu dəstəkləyəcəyik. Sözsüz ki, maliyyə sektorunda rəqabətin təmin edilməsi də vacibdir. Hazırda bu il üçün belə bir planımız yoxdur. Gələn il hər hansı yenilik olarsa, bu barədə məlumat verəcəyik", - o qeyd edib.