Əli Hüseynli: Korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası daim təkmilləşir

Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdə olsa da, bu çərçivədə qanunvericilik bazası daim təkmilləşir.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə birgə iclasında yeni hazırlanan "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırkı qanun layihəsinin ideyası üzərində uzun illərdir müzakirələr aparılıb:

"Nəticədə, korrupsiyaya qarşı mübarizənin, dövlət quruculuğunun inkişafının indiki mərhələsində layihə təqdim olunub. Bu cür sənəd beynəlxalq təcrübədə mövcuddur və onun müddəaları korrupsiyaya qarşı mübarizə ilə bağlı digər qanunlara həm də uyğunluq təşkil edir".