Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 197 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.
Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 10 milyon ABŞ dolları və yaxud 4,8 % azdır.
9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.