Bakı, 29 oktyabr, AZƏRTAC Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.AZƏRTAC xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 81-96-cı yerlər uğrunda görüşdə Mozambik yığması ilə qarşılaşacaq. Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 11:30-da başlayacaq.Bu cütün qalibi Kuba – Vyetnam duelinin güclüsü, məğlubu isə həmin matçda uduzan tərəflə üz-üzə gələcək.Qeyd edək ki, dünya çempionatı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.