Təbii qazın dəyəri azaldı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.

Əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.02% dəyər itirərək 3.0314 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 2.55% azalaraq 97.78 avroya bərabər olub.