Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı rayon sakinlərinin müraciətləri fərdi qaydada dinlənilib. Vətəndaşların müraciətləri əsasən məşğulluq, sosial müdafiə, elektrik təchizatı, sel sularının səbəb olduğu fəsadların aradan qaldırılmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.
Sakinlərin müraciətlərinin bir qismi qəbul zamanı yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qəbulda iştirak edən məsul şəxslərlə birgə vətəndaşların şikayət və təkliflərini ətraflı müzakirə edib, qaldırılan hər bir məsələnin qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi ilə bağlı aidiyyəti strukturlara konkret tapşırıqlar verib.