Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 172 investisiya layihəsinin maliyyələşdirilməsinə 6 milyon güzəştli kredit ayırıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 51 % artıb.
Kredit ayrılmış layihələr üzrə 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Maliyyələşdirilən layihələrin 91,3 %-i, ayrılan güzəştli kredit məbləğinin isə 64,2 %-i muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Güzəştli kreditlərin 56,1 %-i kənd təsərrüfatı, 28 %-i sənaye, 15,9 %-i isə xidmət sahələrinə yönəldilib.