Bakı, 28 oktyabr, AZƏRTAC Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə baxılıb. Bu barədə AZƏRTAC-a Şirvan Kommersiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, iş materiallarına əsasən, bank ilə borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə 18 ay müddətinə 30 min manat kredit verilib. Kredit öhdəliyinin icrasının təmin olunması məqsədilə digər fiziki şəxslə zaminlik müqaviləsi bağlanıb.Bankın təqdim etdiyi arayışa əsasən, borcalanın kredit öhdəliyi üzrə ümumilikdə 29764,93 manat borcu qalıb.Bank gələcəkdə borcun tutulmasına dair iddia qaldıracağını bildirərək zaminin mülkiyyətində olan iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması barədə məhkəməyə müraciət edib.Bank hesab edib ki, avtomobillərin üçüncü şəxslərə özgəninkiləşdirilməsi gələcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər.Şirvan Kommersiya Məhkəməsi isə müəyyənləşdirib ki, bank zaminin avtomobilləri satmağa hazırlaşması, üçüncü şəxslərin adına keçirməsi, əmlakı gizlətməsi və ya gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək digər hərəkətlərə yol verməsi barədə konkret sübutlar təqdim etməyib.Məhkəmə vurğulayıb ki, kredit borcunun mövcudluğu və ya öhdəliyin pozulması özlüyündə zaminin əmlakına müvəqqəti qadağa qoyulması üçün kifayət etmir. Belə tədbirin tətbiqi üçün gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək real və konkret təhlükə əsaslandırılmalıdır.Həmçinin qeyd edilib ki, bank peşəkar kredit təşkilatı olaraq kredit verilərkən borcalanın ödəmə qabiliyyətini, kredit risklərini və öhdəliyin təminat mexanizmlərini əvvəlcədən qiymətləndirmək imkanına malikdir.Müvəqqəti təminat tədbiri kredit müqaviləsinin təminat mexanizmini sonradan dəyişdirmək və ya genişləndirmək vasitəsi deyil. Yəni, bank peşəkar kredit təşkilatı olaraq kredit riskini qiymətləndirmək və təminat mexanizmini seçmək imkanına malik olmuşdur, müvəqqəti təminat institutu isə sonradan kreditin təminatlandırılması vasitəsi deyildir.Belə yanaşma nəticə etibarilə bankın kredit verilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada əvvəlcədən formalaşdırmalı olduğu təminat mexanizmini sonradan məhkəmə vasitəsilə təmin etməyə çalışması ilə nəticələnir. Başqa sözlə, bank tərəfindən kredit verilərkən lazımi qaydada təminatlandırılmalı olan öhdəliklər sonradan məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi yolu ilə “təminatlı” vəziyyətə gətirilir. Bu isə yolverilməzdir. Zaminin mülkiyyətində əmlakın mövcudluğu həmin əmlaka avtomatik sərəncam qadağası qoyulmasına əsas yaratmır.Məhkəmə, həmçinin qeyd edib ki, bu mərhələdə borcun tutulması və zaminin məsuliyyəti məsələlərinə deyil, yalnız müvəqqəti təminat tədbirinin tətbiqi üçün prosessual əsasların mövcudluğuna qiymət verilir.Beləliklə, Şirvan Kommersiya Məhkəməsi bankın müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini rədd edib.Şirvan Apellyasiya Məhkəməsi də bankın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb.
Bu gün
858 xəbər bu gün
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb.
Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. Hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə Seyidov…
Ədliyyə Nazirliyində yüksək vəzifəli şəxsə vaxtından əvvəl xüsusi rütbə verilib.Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb. NOCOMMENT.az -a istinadən, əmrə əsasən, Əliyyə Nazirliyinin Notariat…
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.Oxu24.com-un məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.Qarşılaşma Bakı…
Bakı, 30 oktyabr, AZƏRTAC Aqrar sahədə həyata keçirilən tədbirlərin nəticələri kənd təsərrüfatı istehsalının göstəricilərində də öz əksini tapır. Belə ki, bu ilin yanvar–sentyabr aylarında ölkəmizdə 11 milyard manatdan…
Bakı, 30 oktyabr, AZƏRTACAMEA Folklor İnstitutunda “Azərbaycan ədəbiyyatında Novruzun ritual-mifoloji semantikası və bədii təcəssüm formaları” mövzusunda elmi seminar təşkil edilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki…
Bakı, 30 oktyabr, AZƏRTAC Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və dəymiş…
Bakı, 30 oktyabr, AZƏRTAC Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” və “Qalatasaray” klublarının futbolçularına cəza verib.AZƏRTAC TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, cəzalar…
Bakı, 30 oktyabr, AZƏRTACAzərbaycançılıq ideologiyası müasir dövlətçilik konsepsiyasının mühüm istiqamətlərindən biridir. Bu ideologiya etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq, bütün vətəndaşların vahid…
Bakı, 30 oktyabr, AZƏRTAC “Bitcoin”in qiyməti 78 min dollara düşüb. AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance” platformasında mümkün təhlükəsizlik pozuntusu ilə bağlı…
Bakı, 30 oktyabr, AZƏRTAC Alimlərin apardıqları son tədqiqatın nəticələrinə görə, 2022-ci ildə Malidə tapılan və 4,1 milyard il əvvələ aid olduğu ehtimal olunan meteorit Marsın qədim qabığı və su tarixi haqqında nadir…
Bakı, 30 oktyabr, AZƏRTAC İtaliyanın “Milan” və “İnter” klubları yeni ev stadionları olacaq “Generali Stadium” layihəsini ictimaiyyətə təqdim ediblər.AZƏRTAC xəbər verir ki, arena 71 min 500 tamaşaçı tutumuna malik…
Bakı, 30 oktyabr, AZƏRTAC Bakıətrafı ərazilərdə dəmir yolu nəqliyyatının əlçatanlığının artırılması məqsədilə bir sıra yeni xətlərin bərpası və inşası nəzərdə tutulur.AZƏRTAC xəbər verir ki, bunu "Azərbaycan Dəmir…
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm prioritetlərindəndir. AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Kənd Təsərrüfatı İşçiləri…
Bakı, 30 oktyabr, AZƏRTAC"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas seçmə mərhələsində son oyununa çıxacaq.AZƏRTAC xəbər verir ki, V qrupda yer alan Naxçıvan təmsilçisi Polşanın "Pyast" klubu…
Siqnaxi, 30 oktyabr, AZƏRTAC Oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş…
Bakı, 30 oktyabr, AZƏRTAC Qlobal bazarlarda qızıl ucuzlaşaraq bir troya unsiyası üçün 4 min dollar həddindən aşağı enib. Buna səbəb neft qiymətlərinin artmasının inflyasiya ilə bağlı narahatlıqları gücləndirməsi, eləcə…
Bakı, 30 oktyabr, AZƏRTAC Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə iştirak edən İraq…
Bakı, 30 oktyabr, AZƏRTAC Ədliyyə naziri Fərid Əhmədov noyabrın 6-da Samuxda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən…
Bakı, 30 oktyabr, AZƏRTAC Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 28,99 dollar azalaraq 3989,91 dollar təşkil edib.AZƏRTAC xəbər verir ki, gümüşün qiyməti isə 1,35 dollar azalaraq 50,97…
Tovuz, 30 oktyabr, AZƏRTAC Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, qəza rayonun Xatınlı kəndində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobil “VAZ-2107” markalı…
Pentaqonun sabiq rəsmisi, general-leytenant Brett Silviya Ukrayna və İranla bağlı məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf edib. Məlumat sızıntısı və vəzifədən kənarlaşdırılma ilə bağlı detallar.
"Apple"ın ilk qatlanan smartfonu "iPhone Duo" artıq Azərbaycanda rəsmi satışdadır. Yeni modelin satışına oktyabrın 30-da start verən "Kontakt" ilk gündən böyük maraqla qarşılaşıb. Oktyabrın 29-dan 30-na keçən gecə isə…
"Yeni Suraxanı-Hövsan xətti üzrə layihələndirmə işlərinə başlanılıb".
Dünyaca məşhur argentinalı futbol ulduzu Lionel Messi karyerasını vətənində davam etdirə bilər.
Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş olub. Hökumət başçıları Azərbaycan ilə Gürcüstan…
"Depozitlərə hücum təsir etməyib və onlar normal rejimdə fəaliyyətini davam etdirir"
Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün yüksək qarşılıqlı maraq mövcuddur
İndoneziyanın Sumba bölgəsində toyuna bir neçə gün qalan 24 yaşlı Selviana Ambu Kaka nişanlısının gözləri önündə timsahın hücumuna məruz qalaraq faciəli şəkildə həlak olub. "The Sun" nəşrinə istinadən, dəhşətli hadisə…
“Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir
Gürcüstanla birgə həyata keçirdiyimiz meqa enerji layihələri - BTC, Cənub Qaz Dəhlizi bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol…
Bakıətrafı dəmiryol infrastrukturunun genişləndirilməsi çərçivəsində Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə stansiyaların yaradılması nəzərdə tutulur
Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş olub. Hökumət başçıları Azərbaycan ilə Gürcüstan…
Bakıda dəmir yolu ətrafında yerləşən evlərin söküntüsünə başlanılıb. Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmiryolu xətti üzrə layihələndirmə işləri ilə əlaqədar ərazidəki bəzi evlərin…
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman vəzifəsinə namizədliyi müzakirə olunan Səbinə Əliyeva çıxış edib. Səbinə Əliyeva çıxışında ilk növbədə namizədliyini Milli Məclisə təqdim etdiyinə görə…
İşğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır
Türkiyədən ABŞ-yə köçən aktyor Tolqa Karel həyat yoldaşı Sara Skota romantik sözlər həsr edib. Sənətçi paylaşımında sevginin zamanla deyil, hər gün yaşanan hisslərlə ölçüldüyünü vurğulayıb. “Sevgi neçə günün keçməsi ilə…
Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayıb
Aqrar sahədə həyata keçirilən tədbirlərin nəticələri kənd təsərrüfatı istehsalının göstəricilərində öz əksini tapır
Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam…
Xerson vilayətinin Aleşki şəhərində humanitar missiyanın təhlükəsiz keçidini təmin etmək məqsədilə ərazinin minalardan təmizlənməsi zamanı 2 nəfər həlak olub
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində Yeni Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası nəzərdə tutulur
PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib
Ədliyyə naziri Fərid Əhmədov 6 noyabr tarixində Samux rayonunda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək