Bakı, 28 oktyabr, AZƏRTAC Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müasir beynəlxalq münasibətlər sistemində sivilizasiyalararası anlaşmanın, inklüziv dialoqun və qlobal sülhün bərqərar olunması yolunda ən mühüm dönüş nöqtələrindən biri kimi tarixdə öz yerini tutdu. Yüzdən artıq ölkədən iki minə yaxın nümayəndənin, tanınmış dövlət, ictimai və mədəniyyət xadimlərinin, habelə beynəlxalq təşkilatların rəhbərlərinin bir araya gəldiyi bu mötəbər platforma Azərbaycanın qlobal sülh və təhlükəsizlik gündəliyinin formalaşmasındakı aparıcı rolunu bir daha nümayiş etdirdi, ölkəmizi sülh və dialoq carçısına çevirdi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında etdiyi çıxışında platformanın konturlarını müəyyən etməklə yanaşı, müasir dünyanın üzləşdiyi geosiyasi ziddiyyətlər, ikili standartlar və parçalanma təhlükələri fonunda yeni fəlsəfi-siyasi paradiqma irəli sürdü. Dövlətimizin başçısının tezisləri göstərdi ki, Bakıda təməli qoyulmuş "Bakı Prosesi" sadəcə mədəni tədbirlər toplusu deyil, münaqişələrin aradan qaldırılması, ideoloji risklərin neytrallaşdırılması və suverenliyə söykənən sülhün yayılması mexanizmidir."Tarixən Şərq ilə Qərb, Asiya ilə Avropa arasında strateji və mənəvi körpü rolu oynamış Azərbaycan sivilizasiyaların kəsişdiyi məkanda yerləşərək zəngin multikulturalizm, etnik və dini tolerantlıq ənənələrini əsrlər boyu qoruyub saxlamışdır. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycan cəmiyyətində hökm sürən etnik-dini həmrəylik ölkənin daxili sabitsizliyini istisna edir və bu gün ölkə üçün potensial risklər yalnız fiziki deyil, həm də eyni dərəcədə təhlükəli olan ideoloji formalarda xaricdən gəlir. Bu baxımdan, mədəniyyətlərarası dialoqun təşviq edilməsi və "Bakı Prosesi" çərçivəsində aparılan müzakirələr ideoloji təhdidlərə, radikallaşmaya və ksenofobiyaya qarşı qlobal müstəvidə sipər rolunu oynayır. Azərbaycanın böyük qürurla təqdim etdiyi bu tolerantlıq modeli müasir dünyanın parçalanmış geosiyasi mənzərəsində barışdırıcı bir mayak funksiyasını yerinə yetirir", - deyə deputat diqqətə çatdırıb. Humanizmə və dialoqa sarsılmaz inamın bariz göstəricisi K.Bayramov əlavə edib ki, Forumun nəticələrinin təhlilinə və dövlət başçısının vurğuladığı əsas məqamlara əsasən Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regional və qlobal miqyasda beynəlxalq hüququn aliliyinin təmin olunmasının ən parlaq nümunəsidir. İllər boyu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinin kağız üzərində qalması, təcavüzkara qarşı heç bir sanksiyanın tətbiq edilməməsi beynəlxalq siyasətdəki ikili standartların acınacaqlı təzahürü olub. Azərbaycan öz gücü və iradəsi ilə ədaləti bərpa etdikdən dərhal sonra Ermənistana sülh sazişi təklif edərək qisasçılıq hisslərindən uzaq olduğunu, bölgədə davamlı sülhün və birgəyaşayışın tərəfdarı kimi çıxış etdiyini sübut edib. Qanlı müharibələrdən dərhal sonra belə bir unikal sülh təşəbbüsü ilə çıxış etmək Azərbaycan dövlətinin humanizmə və dialoqa olan sarsılmaz inamının bariz göstəricisidir. “Bu kontekstdə Bakı Forumunun keçirilməsi böyük strateji əhəmiyyət kəsb edir, çünki bu platforma dialoqu konkret praktiki fəaliyyətə və tərəfdaşlığa çevirmək üçün unikal imkanlar yaradır. Şimal və cənub sərhədlərində, eləcə də yaxın regionlarda yeni müharibə və münaqişələrin alovlandığı, sanksiyaların və bloklaşmaların dərinləşdiyi bir dövrdə Bakı Forumu dünyadakı nifaqı aradan qaldırmaq, ikili standartları rədd etmək və qlobal gələcəyi birgə qurmaq üçün mühüm platformadır. Azərbaycanın qlobalmiqyaslı tədbirlərə ev sahibliyi etməsi ilə yan-yana dayanan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq gündəliyi müəyyənləşdirən əsas güc mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir”, - deyə K.Bayramov əlavə edib.O əlavə edib ki, VII Forum müasir qlobal böhranlardan çıxış yolunun təcrid olunmaqda və ya hərbi güc nümayişində deyil, suverenliyə hörmət, beynəlxalq hüquqa əməl olunması və mədəniyyətlərin bərabərhüquqlu dialoqunda olduğunu bir daha sübut etdi. Bakıdan yayılan bu sülh fəlsəfəsi beynəlxalq aləmdə təhlükəsiz və davamlı gələcəyin təmin edilməsi üçün əvəzsiz töhfədir.
Bu gün
1522 xəbər bu gün
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava…
"Bank kreditlərinin verilməsi ilə bağlı köklü dəyişikliklərin tətbiqi nəzərdə tutulmur. Mərkəzi Bankın müəyyən etdiyi yeni tələblər əsasən kommersiya banklarının kredit ayırarkən müştərilərin ödəmə qabiliyyətini daha…
Qarabağ Regional Təhsil İdarəsinin Füzuli-Xocavənd təhsil şöbəsinin müdiri Ramella Məmmədova işdən azad edilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmr ilə Ramella Şahin qızı Məmmədova tutduğu vəzifədən…
Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb. Bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb."Korrupsiyaya qarşı Mübarizə Komitəsində…
2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşdirilib. Layihəyə əsasən, ölkə üzrə yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat…
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb.AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və…
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında sonuncu oyununu keçirib.AZƏRTAC xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda…
Bakı, 30 oktyabr, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Rəşad Quliyevin…
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycanla Qazaxıstan arasında strateji müttəfiqlik münasibətləri siyasi dialoqla yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika və rəqəmsal texnologiyalar sahələrində də inkişaf edir. Xəzər…
Bakı, 30 oktyabr, AZƏRTAC Mədəniyyətlərarası qarşılıqlı təsir məsələlərinin müzakirəsi üçün paytaxt Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq ictimaiyyətin Azərbaycana diqqətini bir daha…
Bakı, 30 oktyabr, AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü…
Bakı, 30 oktyabr, AZƏRTAC Baş prokuror Kamran Əliyev Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli…
Bakı, 30 oktyabr, AZƏRTAC İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Birləşmiş Ərəb Əmirlikləri və Kanadanın Əbu-Dabi vəliəhdi və Kanada Baş nazirinin birgə bəyanatında qeyd edildiyi kimi, İranın üç adası ilə…
Astana, 30 oktyabr, AZƏRTAC Avropa Parlamentinin nümayəndə heyəti Qazaxıstanın Manqistau bölgəsindəki Kurık Limanına baş çəkib və burada onun infrastruktur, logistika potensialı ilə tanış olub.AZƏRTAC “Qazaxıstan Dəmir…
Bakı, 30 oktyabr, AZƏRTACBakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşib.AZƏRTAC xəbər verir ki, F yolunun finalında Yeni Zelandiya və Efiopiya komandaları üz-üzə gəliblər. Qarşılaşma…
Bakı, 30 oktyabr, AZƏRTAC Professor Fəridə Səfiyevanın İrəvanın tarixinə və Azərbaycan xalqının bölgədəki zəngin tarixi-mədəni irsinə həsr olunmuş iki kitabı ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib…
Siqnaxi, 30 oktyabr, AZƏRTAC Gürcüstanla birgə həyata keçirdiyimiz meqaenerji layihələri – Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı…
Bakıda iki nəfər avtomobili səhv parklamayğ görə dalaşıb.
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Əfqanıstan və Pakistan bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirərək Uğur Bahadırı saxlayıb. Əməliyyat nəticəsində qruplaşmanın kanalları ifşa edilib və terror…
"Bir çox halda, xüsusilə əlilliyi olan şəxslər, məişət zorakılığından zərər çəkənlər, insan alverinin qurbanları və valideyn himayəsindən məhrum olmuş gənclər özünəinamın aşağı olması, cəmiyyətdən təcrid olunma və ya…
Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdiriləcək, həmin sahədə xidmət keçmənin hüquqi əsasları...
Oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü…
"Hələlik müzakirə olunan məsələnin bütün aspektləri, o cümlədən hüquqi yardımın dövlət institutu tərəfindən təşkili, insanların hüquqi yardıma ehtiyac səviyyəsinin müəyyənləşdirilməsi və bunun mexanizmi tam aydın deyil…
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub. Bu barədə Redaktor.az-a Nazirlər Kabinetinin...
"Bu layihədə hədəf qruplarının düzgün müəyyənləşdirilməsini və beynəlxalq hüquq normalarına uyğunluğunu müsbət qiymətləndirirəm". Bunu Milli Məclisin bugünkü plenar iclasında “Pulsuz hüquqi...
"Pulsuz hüquqi yardım mexanizmini keyfiyyətli sistemə çevirmək üçün bu xidmətin kimlərə göstəriləcəyini dəqiq müəyyənləşdirməliyik. Əsas məsələ xidmətin daha çox ehtiyacı olan insanlara çatdırılması və bunun dövlətin…
В поселке Навля Брянской области в результате удара украинского беспилотника по частному дому погиб 19-летний молодой человек. Об этом сообщил губернатор области Егор Ковальчук.
По словам Асадова, сотрудничество Азербайджана и Грузии в культурно-гуманитарной сфере является одним из основных направлений двустороннего взаимодействия.
Турецкий публицист Галиб Туркмен рассказал об инциденте во время официального визита в Азербайджан в 2007 году. По его словам, на брифинге, посвящённом нефтепроводу Баку —...
В Азербайджане планируется создать двухуровневую систему бесплатной юридической помощи. Согласно законопроекту, адвокаты должны будут ежегодно оказывать такую помощь не менее 30 часов. За каждый невыполненный...
В Азербайджане планируется расширить систему бесплатной юридической помощи за счет государства.
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdiriləcək, həmin sahədə xidmət keçmənin hüquqi əsasları təkmilləşdiriləcək.
В пятницу, 30 октября в Баку завершается первый в истории чемпионат мира по футболу FIFA U-15 и фестиваль. Это грандиозное событие в истории мирового футбола, и очень почетно для Азербайджана, что прошло оно именно в…
Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin…
Сегодня в Неаполе (Италия) стартует чемпионат Европы по дзюдо среди спортсменов до 23 лет. В первый день турнира борьбу за медали начнут шесть представителей Азербайджана. Со ссылкой на İdma, n.Biz, в весовой категории…
Автор: академик Асаф Гаджиев, Генеральный секретарь Парламентской Ассамблеи, Черноморского Экономического Сотрудничества, Лауреат государственной премии Азербайджана "Даже случайные открытия делают только подготовленные…
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin əhatə dairəsi genişləndirilir.
С 1 апреля следующего года граждане смогут переводить свои зарплатные счета в любой выбранный банк без каких-либо дополнительных комиссий. Со ссылкой на Axa, r.az, об этом написал в социальной сети юрист и финансовый…
Möhtərəm cənab Prezident! İsmayıllı Rayon Ağsaqqallar Şurası adından Sizə dərin …
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi…
Pulsuz hüquqi yardım ala biləcək şəxslərin dairəsinin genişləndirilməsini təklif edilib. Deputat Aydın Mirzəzadə bu təkliflə Milli Məclisin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin…
Azərbaycanda əhalinin ümumi gəlirləri artmaqda davam edir. 2025-ci ildə ölkə əhalisinin gəlirləri 89 milyard 916 milyon manat təşkil edib. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu…
Türkiyəli aktyor Mustafa Üstündağın yeni seriala çəkilir. O, "Susanlar" serialında "Samet" obrazını canlandıracaq. Ekran işində həmçinin Cansu Tosun, Nazan Kesal, Fatih Al, Elif Doğan, Burak Alkaş, Ali Sürmeli, Süreyya…