2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 497,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb.
Gəlirlərin 63,7 faizi otaqların təqdim olunması, 25,9 faizi ictimai iaşə, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən əldə edilib. Digər xidmətlərin payı isə 7,8 faiz olub.
Hesabat dövründə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 23 faiz təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 25 faiz olub.
Tutumdan istifadənin ən yüksək səviyyəsi Naftalanda qeydə alınıb - 46,2 faiz. Neftçalada bu göstərici 42,8 faiz, Şabranda 40,7 faiz, Bakıda isə 33,2 faiz təşkil edib.
Sabirabadda tutumdan istifadə səviyyəsi 29,6 faiz, Laçında 28,6 faiz, Qusarda 27,8 faiz olub. Lənkəranda bu göstərici 22,3 faiz, Qəbələdə 21,8 faiz, Xankəndidə 20,9 faiz, Şamaxıda isə 20,5 faiz təşkil edib.