Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir.
Bu gün daha beş qarşılaşma keçiriləcək.
Günün ilk oyunlarında saat 14:00-da “İmişli” “Qaradağ Lökbatan”ı, MOİK “Şahdağ Qusar”ı, “Hypers” isə “Şamaxı”nı qəbul edəcək.
Saat 16:00-da “Şəfa” “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək. Günün son matçında isə saat 19:00-da “Kəpəz” “Baku Sportinq”lə qarşılaşacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. "İmişli" – "Qaradağ Lökbatan"
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
14:00. MOİK – "Şahdağ Qusar"
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu
14:00. "Hypers" – "Şamaxı"
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
16:00. "Şəfa" – "Ağstafa Gəncləri"
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"SOCAR Polymer Arena"
19:00. "Kəpəz" – "Baku Sportinq"
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu
Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.