"Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb

"Qarabağ" klubu futbolçusu Abbas Hüseynovla yollarını ayırıb.

Klubun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2017-ci ildən komandada çıxış edən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Abbas Hüseynov "Qarabağ"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.