Asiya Futbol Konfederasiyası (AFK) qitə çempionatının keçirilmə formatında dəyişiklik edib.
Qurumun saytının yaydığı məlumata görə, bundan sonra Asiya Kuboku cüt illərdə təşkil olunacaq.
2027-ci ildə keçiriləcək turnir hazırkı təqvim üzrə sonuncu yarış olacaq. Növbəti Asiya Kuboku isə 2032-ci ildə təşkil ediləcək. Turnirin keçiriləcəyi ölkə hələ müəyyənləşməyib. Dəyişikliyin səbəblərindən biri AFK rəhbərliyinə seçkilərin turnirin təqvimi ilə uyğunlaşdırılmasıdı. Belə ki, konfederasiyanın prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Seçilən şəxslər 2028-ci il yanvarın 1-dən vəzifələrinin icrasına başlayacaq və 2032-ci ilə qədər fəaliyyət göstərəcəklər.
Yeri gəlmişkən, Asiya Kuboku 2027-ci il yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Turnirdə 24 komanda mübarizə aparacaq.