Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi yenidən İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib.

Bu barədə ISNA məlumat yayıb.

"AEBA-nın baş direktoru Tehranda agentliyin ekspertlərinə ölkənin nüvə obyektlərində yoxlamalar aparmağa icazə verməsini istəyir", - məlumatda bildirilib.