“Jamanak”: “Çexlər bizi ələ salır…”

Ermənistanda nəşr olunan “Jamanak” qəzeti İrəvanın Çexiyadan silah alması məsələsi barədə geniş yazı dərc edib.

Nəşr bu danışıqların yalnız L-39 Skyfox təlim təyyarəsindən ibarət olduğunu qeyd edib.

Qəzet yazır ki, Azərbaycan Çexiyadan DANA habuitsası alması daha maraqlı prosesdir. Bu iki hadisə arasında fərq odur ki, Ermənistan aldığı təyyarə təlimə yarayır. Azərbaycanın aldığı isə silahdır və sabah bizə qarşı istifadə oluna bilər. Bir də, Çexiya Ermənistana silah satmaq məsələsində tərəddüd edir”.

Nəşr sonda bu fərqi əsas tutaraq, yazıb ki, “Çexiya bizi ələ salır”.