Intel Classiq kvant startapını təxminən 2,3 milyard dollara alacaq

ABŞ-nin Intel korporasiyası kvant kompüterləri üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşan İsrailin Classiq startapını almaq barədə razılığa gəlib. Bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, sövdələşmənin dəyəri təxminən 2,3 milyard dollar təşkil edəcək. Sövdələşmənin 2027-ci ilin birinci yarısında tamamlanacağı gözlənilir.

Bu, Intel-in 2017-ci ildə Mobileye şirkətini almasından sonra İsraildə həyata keçirdiyi ikinci ən böyük satınalma olacaq.

Sövdələşmə barədə açıqlama Intel-in 2026-cı ilin üçüncü rübü üzrə maliyyə hesabatı ərəfəsində verilib. Şirkət maliyyə nəticələrini oktyabrın 29-da açıqlayacaq.