Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Moskva, 27 oktyabr, AZƏRTAC Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fəal dialoq aparırlar.AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qaz İxrac edən Ölkələr Forumunun 8-ci sammitində iştirak edənlərin çıxışlarını şərh edərkən deyib.“Azərbaycan bir çox sahələrdə, o cümlədən energetika sahəsində sabit və etibarlı tərəfdaşımızdır”, – deyə o vurğulayıb.Rusiya liderinin sözlərinə görə, Moskva və Bakı enerji sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edirlər və birgə fəaliyyət üçün yaxşı perspektivlər mövcuddur.Rusiyadan Türkiyəyə qaz tədarükündən danışan V.Putin bu həcmin 30 milyard kubmetrə çatdığını bildirib. Bununla yanaşı, o vurğulayıb ki, Rusiya Azərbaycanı Türkiyənin qaz bazarında rəqib hesab etmir.“Bu, əlbəttə ki, Azərbaycanın tədarük etdiyi həcmdən xeyli çoxdur. Lakin biz bir-birimizi rəqib hesab etmirik. Əksinə, əməkdaşlığa hazırıq”, – deyə V.Putin bildirib. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva