Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

Bakı, 27 oktyabr, AZƏRTAC“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin ilk matçında Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşıb.Polşadakı “Prezero Arena”da keçirilən görüş komandamızın qələbəsi ilə başa çatıb – 5:4."Qırmızı-ağlar"ın heyətində Oktay Rüstəmli het-trik edib, digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.Qeyd edək ki, V qrupda yer alan "Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Pyast" komandaları ilə qarşılaşacaq.