Sibiqa: “Heç bir ölkə Ukraynanın əvəzinə qərar verə bilməz”

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Şimali Avropa ölkələrinin xarici işlər nazirləri ilə danışıqlar aparmaq üçün Finlandiyanın paytaxtı Helsinkiyə gedib.

Sibiqa səfərinin konkret danışıqlar üçün nəzərdə tutulduğunu bildirib.

O, Ukraynanın təcavüzkarı sakitləşdirməyə deyil, sülhə nail olmağa çalışdığını vurğulayıb.

Nazir Finlandiya və Norveç liderlərinin Vladimir Putinlə telefon danışığının nəticələrini müzakirə edəcəyini, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski, Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störe arasında əldə olunmuş razılaşmaların icrasını əlaqələndirəcəyini bildirib.

Sibiqa vurğulayıb ki, Ukrayna öz iştirakı olmadan ölkənin gələcəyi ilə bağlı qərarlar qəbul edilməsinə imkan verməmək üçün tərəfdaşları ilə koordinasiyanı gücləndirir.