Bakı, 27 oktyabr, AZƏRTAC İsraildə keçirilən parlament seçkilərində seçici fəallığının yüksək olması səbəbindən səsvermənin yerli vaxtla saat 22:00-dan sonra da davam edəcəyi gözlənilir.AZƏRTAC İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komitəsi məlumat yayıb.Bildirilib ki, seçki məntəqələrinin bağlanması üçün müəyyən edilən vaxt səsvermənin bütün ölkə üzrə dərhal başa çatacağı demək deyil. Qaydalara əsasən, məntəqələr bağlanarkən növbədə gözləyən və səsvermə hüququ olan seçicilərə səs vermək imkanı yaradılacaq.
İsraildə seçici fəallığı səsvermə müddətinin uzadılmasına səbəb olub
Mənbə: azertag.az/xeber/israilde_sechici_fealligi_sesverme_muddetinin_uzadilmasina_sebeb_olub-4482645