"Sumqayıt" – "Şəfa" qarşılaşmasının keçiriləcəyi məkan dəqiqləşib

Misli Premyer Liqasının X turunda keçiriləcək "Sumqayıt" – "Şəfa" qarşılaşması "SOCAR Polymer Arena"da baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqasından bildirilib.

Mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.

"Sumqayıt"ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Misli Premyer Liqasının XII turunda "Sabah"a qarşı keçirilməsi planlaşdırılır.

Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.