Bir ildə 3 mindən çox əkiz uşaq doğulub

Azərbaycanda 2025-ci ildə 3 170 əkiz uşaq doğulub. Dövlət Statistika Komitəsinə istinadən, onların 1 555-i qız, 1 615-i oğlan olub. Həmin il üçəm doğulan uşaqların sayı 117 təşkil edib. Onlardan 53-ü qız, 64-ü oğlandır. 2024-cü ildə isə ölkədə 3 386 əkiz və 117 üçəm uşaq doğulmuşdu. ...