Azərbaycanda qadın fəlsəfə doktorlarının sayı kişilərdən 877 nəfər çoxdur

Azərbaycanda fəlsəfə doktorlarının ümumi sayı 2026-cı ilin əvvəlində bir il əvvələ nisbətən 9,9% azalaraq 9 053 nəfərə düşüb.Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Onların 4 965-i qadın, 4 088-i kişi olub. Beləliklə, qadın fəlsəfə doktorlarının sayı kişilərdən 877 nəfər çox olub.

2025-ci ilin əvvəlində ölkədə 10 051 fəlsəfə doktoru qeydə alınmışdı. Bir il ərzində qadın fəlsəfə doktorlarının sayı 5 284 nəfərdən 4 965 nəfərə, kişilərin sayı isə 4 767 nəfərdən 4 088 nəfərə enib.

Elmlər doktorları arasında isə kişilər üstünlük təşkil edib. 2026-cı ilin əvvəlində bu elmi dərəcəyə malik şəxslərin sayı 2 188 nəfər olub. Onların 1 614-ü kişi, 574-ü qadındır.

2025-ci ilin eyni dövründə Azərbaycanda 2 773 elmlər doktoru olub. Onların ümumi sayı bir il ərzində 585 nəfər və ya 21,1% azalıb.