Paris, 27 oktyabr, AZƏRTAC Fransa Senatı Korsika adasına muxtariyyət statusunun verilməsini nəzərdə tutan konstitusiya islahatı layihəsini rədd edib. Bazar ertəsindən çərşənbə axşamına keçən gecə keçirilən səsvermədə sənədin əleyhinə 181, lehinə isə 134 senator səs verib. AZƏRTAC xəbər verir ki, bu qərar 2022-ci ildən etibarən adanın səlahiyyətlərinin genişləndirilməsi istiqamətində aparılan siyasi prosesə ciddi zərbə vurub.Senatın sağçı çoxluğu Milli Assambleyanın daha əvvəl qəbul etdiyi mətnə əhəmiyyətli dəyişikliklər etmişdi. Senatorlar Korsikanın “ada icması” kimi tanınmasının Konstitusiyada təsbit edilməsinə qarşı çıxıb, adanın xüsusi səlahiyyətlərinin dairəsini də məhdudlaşdırıblar. Bu dəyişikliklər həm konstitusiya islahatına qarşı çıxanların, həm də təklif olunan variantın muxtariyyət tərəfdarlarının tələblərinə cavab vermədiyini hesab edənlərin narazılığına səbəb olub.2022-ci ildə sabiq daxili işlər naziri Jerald Darmanənin təşəbbüsü ilə, Prezident Emmanuel Makronun tapşırığı əsasında başladılan “Bove prosesi” çərçivəsində siyasi razılaşma 2024-cü ildə Korsika Assambleyası, 2026-cı ilin iyununda isə Fransa Milli Assambleyası tərəfindən dəstəklənib. Muxtariyyət tərəfdarları danışıqlardan çəkilir Senatın qərarı Korsikanın muxtariyyət tərəfdarlarının və millətçi siyasi qüvvələrinin sərt reaksiyasına səbəb olub. “Femu a Corsica” partiyasının üzvü, Yuxarı Korsika departamentini təmsil edən senator Pol Tussen Parigi əldə edilmiş razılaşmanın dağıdılmasını tənqid edərək, tərəfdarlarının “Bove prosesi”ndən çəkildiyini açıqlayıb.Bastiya şəhərinin meri və muxtariyyət hərəkatının tanınmış nümayəndəsi Jil Simeoni də senatorların mövqeyindən təəssüfləndiyini bildirib. Korsika Millət Partiyası (PNC) da Senatı hörmətsizlikdə ittiham edərək, prosesə dəstəyini geri götürdüyünü elan edib. Hökumət dialoqu davam etdirmək niyyətindədir Fransa hökuməti isə islahat layihəsinin rədd edilməsinə baxmayaraq, Korsika nümayəndələri ilə dialoqu davam etdirmək niyyətində olduğunu bildirib. Ərazi planlaşdırılması və mərkəzsizləşdirmə naziri Fransuaz Qatel son dörd ildə görülən işlərin Senatda lazımi səviyyədə nəzərə alınmamasından təəssüfləndiyini deyib və korsikalı seçilmiş nümayəndələrlə əlaqələri davam etdirəcəyini vurğulayıb.Senatla Milli Assambleya arasında yaranmış fikir ayrılığı islahatın növbəti prezident seçkilərinədək qəbul olunmasını sual altına qoyur. Fransada konstitusiya dəyişikliyinin qəbul edilməsi üçün layihə parlamentin hər iki palatası tərəfindən eyni mətnlə təsdiqlənməlidir. Daha sonra sənəd referendum yolu ilə və ya parlamentin Konqres formatında keçirilən birgə iclasında, səslərin beşdə üçü həddində dəstəklənməklə qəbul edilə bilər.Beləliklə, Korsikaya muxtariyyət statusunun verilməsi istiqamətində başladılan siyasi prosesin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Bu gün
160 xəbər bu gün
"Liverpul" İngiltərə Liqa Kubokunun 1/8 final matçında penaltilər seriyasında "Çelsi"yə qalib gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Liverpul"un heyətində qolu Kodi Qakpo (43-cü dəqiqə) vurub, "Çelsi"dən…
ABŞ alimləri sinasiquat adlı eksperimental preparatın yaşlı qaraciyər hüceyrələrinin fəaliyyətini bərpa edə biləcəyini müəyyən ediblər.
Bakı, 29 oktyabr, AZƏRTAC “Liverpul” futbol klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Çelsi”ni penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.AZƏRTAC xəbər verir ki, qarşılaşmanın əsas…
Azərbaycan Mərkəzi Bankı istehlak kreditinin verilməsi və borclanma şərtlərinə dair tələbləri yeniləyib. Yeni qərara əsasən, istehlak kreditləri üzrə zamin duran şəxsin borcunun onun gəlirinə nisbəti 70%-dən çox ola…
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilərdə ümumilikdə yaxşı nəticə göstərdiyini bildirib. Tramp bu barədə “Axios” portalına müsahibəsində danışıb.“Hazırda o, kifayət qədər yaxşı…
Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində ağır qəza baş verib. “Qafqazinfo” saytına istinadən, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyevin idarə etdiyi “KİA” markalı…
Ученые из Городского университета Гонконга обнаружили, что фруктоза может замедлять рост опухолей печени у мышей с определенными генетическими изменениями в раковых клетках. Результаты исследования опубликованы в журнале…
Yuxuda özünü iki nəfər kimi görmək ənənəvi yuxu yozumlarında daxili ziddiyyətlər, seçim qarşısında qalmaq və həyatdakı dəyişikliklərlə əlaqələndirilir. Bu yuxu insanın fərqli istəkləri arasında tərəddüd etməsini və özünü…
Epidemiya
İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Liverpul" və "Çelsi" komandaları üz-üzə gəliblər.
Bakı, 29 oktyabr, AZƏRTAC Moskvanın Jukovski hava limanında təyyarələrin uçuş və enişinə qoyulan məhdudiyyətlər ləğv edilib. Vnukovo və Domodedovo hava limanları isə reysləri müvafiq qurumlarla razılaşdırmaqla həyata…
Hazırkı prezident Luiz İnasio Lula da Silvaya qarşı keçirilən prezident seçkilərində məğlub olduqdan sonra ABŞ-yə qaçan braziliyalı senator Flavio Bolsonaro oktyabrın 28-də özünün…
ABŞ Prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə ünvanladığı məktubda İran tərəfinə dərman preparatları çatdırmağı təklif edib. Amerika…
“Avropa ölkələri onilliklər ərzində ABŞ tibbi innovasiyalarının bəhrələrindən faydalanıb, eyni zamanda ABŞ vətəndaşları dərmanlara artıq pul ödəyib”
Hörmüz boğazında beynəlxalq səviyyədə tanınmış əsas gəmiçilik marşrutları dəniz minalarından təmizlənib
Türkiyədə Dələduzluqla Mübarizə Mərkəzi yaradılacaq.
2026-cı ilin oktyabr ayının sonu dörd bürc üçün simvolik bir dönüş nöqtəsi ola bilər. News.az bildirir ki, astroloji proqnoza görə, şübhə və emosional gərginlik dövründən sonra bu bürclər çətin vəziyyətlərdə daha asan…
Manja Qrçiç Serbiya Radio və Televiziyasının baş direktoru vəzifəsindən istefa vermək üçün ərizə təqdim edib. “Hazırda ictimai yayım xidmətinin fəaliyyət göstərdiyi şəraiti hərtərəfli…
Bakı, 29 oktyabr, AZƏRTAC Dünyanın ilin ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatının təşkilatçıları tarixdə mükafata layiq görülmüş ən yaxşı futbolçunun müəyyənləşdirilməsi üçün səsvermə keçiriblər…
Paytaxtın Badamdar qəsəbəsində yerləşən "EOS uşaq inkişaf mərkəzi"ndə baş verən hadisə ilə bağlı yenə şikayət var.
Mərkəzi Komandanlıq
Banklarda nağd valyuta alıb-satarkən müəyyən məbləğ hədlərini aşan müştərilər şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər. Trend-ə istinadən, bankdan bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq nağd xarici…
Moskva, Kiyev və Vaşinqton nümayəndələri arasında Əbu-Dabidə Ukraynaya dair üçtərəfli danışıqlar noyabrın 4-dən sonra keçiriləcək. TASS-a istinadən, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov…
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attar Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Dörd ildir “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyən Şimali Makedoniya 2027-ci ildə yarışmaya qayıdacaq. Xarici mediaya istinadən, Avropa Yayım Birliyi (EBU) gələn il keçiriləcək müsabiqədə 36 ölkənin…
ABŞ və İsrail noyabrın əvvəlində irana qarşı qısa hərbi əməliyyata hazırlaşır. Bu barədə “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb. Bildirir ki, ABŞ Konqresinə…
"Yuventus" İtaliya çempionatının IX turunda səfərdə "Cenoa"ya 2:0 hesabı ilə məğlub olub.
"Mançester Siti" İngiltərə Liqa Kubokunun 1/8 final matçında "Brayton"a penaltilər seriyasında qalib gəlib - 2:2 (4:3).
Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan 14 yaşlı qızın anasının yenidən ailə qurmasından sonra zorakılığa məruz qaldığı iddia olunur.
Amerikanın Moderna və Merck şirkətlərinin hazırladığı fərdiləşdirilmiş melanoma peyvəndi klinik sınaqlarda ümidverici nəticələr göstərib. Standart immunoterapiya ilə birlikdə tətbiq olunan mRNA peyvəndi xəstəliyin…
Braziliyada
Sabunçuda
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları…
Fransada oktyabrın 17-də və 24-də keçirilən kütləvi etiraz aksiyaları nəticəsində azı 2 488 kommersiya obyektinə ziyan dəyib. "France Info" kanalına istinadən, bu barədə ölkənin Ticarət-Sənaye Palatası məlumat yayıb…
İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub. "El Espanol" qəzetinin məlumatına görə, Kastilya-La Mançadakı təcili yardım xidmətləri 46 nəfərin öldüyünü və onlarla insanın…
Düyü bir çox evdə gündəlik istifadə olunan əsas ərzaqlardan biridir. Lakin onu bişirərkən edilən bəzi səhvlər yeməyin həm görünüşünə, həm də teksturasına təsir göstərə bilər. Xüsusilə dənələrin bir-birinə yapışması düyü…
Türkiyə mətbuatının məlumatına görə, Melisa Döngel oktyabrın 26-da "Qalatasaray"ın "Fənərbağça" üzərində 2:1 hesablı qələbə qazandığı derbi matçını stadiondan izləyib. Qarşılaşmadan sonra Torreyra baş məşqçi Okan Burukla…
Azərbaycanın “DH Volley Baku” voleybol klubu Avropa kuboku turniri çərçivəsində səfərdə Danimarkanın “Holte IF” komandasını 3:1 hesabı ilə məğlub edib. Klubun prezidenti Şərəf Yalçın noyabrın 5-də Bakıda keçiriləcək…
Bakı, 29 oktyabr, AZƏRTAC ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında kommersiya gəmilərinin mütəmadi olaraq dəniz minalarına düşməsi ilə bağlı iddialarını təkzib…