VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “GEC+Baku”: Yaradıcı sənayelər” adlı beynəlxalq tədbirin növbəti paneli “Sərhədləri aşan yaradıcı və mədəni sahibkarlıq: “yumşaq güc” mövzusuna həsr olunub.
Sessiyada yaradıcı şəhərlərin sahibkarlar, investorlar və bu sahənin mütəxəssisləri üçün cəlbediciliyini şərtləndirən amillər, yaradıcı sənayelərin beynəlxalq səfərlərin, tərəfdaşlıqların və investisiyaların təşviqində rolu ətrafında müzakirə aparılıb.
Paneldə həmçinin şəhərlərarası səfərlərin sadə insanlar, biznes subyektləri, qurumlar və bazarlar arasında davamlı əlaqələrə çevrilməsi imkanlarına diqqət yetirilib.