Yeni güzəştli mənzillər tikiləcək - 18 milyon manat ayrılır

Naxçıvanda daha 5 güzəştli mənzil binası tikiləcək.

Ölkə.az-ın xəbərinə görə, Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə 7, 8, 9, 10 və 11 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçiriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyinə daxil olan “Mida” MMC bununla bağlı hazırlıqlara başlayıb.

Layihəyə 18 mln 95 min 561 manat xərclənməsi nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl sözügedən ünvanda 1,2,3,4,5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikiləcəyi, layihəyə 24 mln 194 min 879 manat ayrılacağı açıqlanmışdı.