Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb.
AZƏRTAC-a istinadən, dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək deyib: "Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri icrasını təmin etdik".