Şəmkirin avtomobil yolları 1.8 milyon manata təmir ediləcək

Şəmkirdə yolların təmirinə 1.8 milyon manat xərclənəcək. Şəmkir Rayon İcra Hakimiyyəti rayonda avtomobil yollarının təmiri işlərinin satın alınması ilə bağlı müsabiqə keçirib. Satınalmanın ehtimal olunan qiyməti 1 771 922,46 manat təşkil edir. Müsabiqə üzrə podratçı “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyətidir.