Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş...

Bakıda, Xətai rayonunda yerləşən "Ab Hava" restoranında qətlə yetirilən, "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, qətlə yetirilən şəxs 1983-cü il təvəllüdlü Cəlal Mirağayevdir.

Hadisə ilə bağlı cinayət işi üzrə həbs edilən şəxslərin sayı 13-ə çatıb. Belə ki, Emin Rəhimov və Elmar Cəfərovla yanaşı, Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev də həbs olunublar.

Qeyd edək ki, həbs olunanlar arasında Əhməd Əlizadə də var. O, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğludur.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.