İsraildə parlament seçkiləri keçirilir

İsraildə bu gün, oktyabrın 27-də 26-cı çağırış Knessetə parlament seçkiləri keçirilir.

Bu barədə AP və “Reuters” agentlikləri məlumat yayıb.

Seçkilərdə əsas rəqabətin Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası və onun müttəfiqləri ilə ordunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun liderlik etdiyi müxalifət arasında olacağı gözlənilir.

Sorğulara əsasən, tərəflər arasında gərgin mübarizə gedir. Hökumət koalisiyasının qurulması üçün 120 yerlik parlamentdə ən azı 61 mandat tələb olunur.

Bu, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan və Qəzzada müharibənin başlamasından sonra ölkədə keçirilən ilk parlament seçkiləridir.