Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda turistləri daşıyan mikroavtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.
Yerli mətbuata istinadən, mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarm əməkdaşları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.