"Heç kimin ad gününə getmirəm"

"Avroviziya 2011" qalibi Eldar Qasımov müğənnilər arasında şahidi olduğu riyakarlıqdan danışıb.

Sənətçi bu barədə “Kəşfet” layihəsində qonaq olarkən söz açıb. O bildirib ki, bəzi müğənnilərin bir-birinin arxasınca danışıb, üz-üzə gələndə isə səmimi davranması onu belə münasibətlərdən uzaqlaşdırıb.

E.Qasımov qeyd edib ki, buna görə də ad günlərinə qatılmır, dəvət aldığı zaman hədiyyə göndərməklə kifayətlənir:

“Riyakarlığı görmüşəm. Yanımda başqa müğənninin arxasınca danışıb, amma tədbirdə onu görəndə "ən sevdiyim insan" deyirdi. Belə şeyləri görəndə dedim ki, istəmirəm. Ad günlərinə getmirəm. Dəvət edəndə hədiyyə göndərirəm, amma özüm getmirəm.

Üzümü çevirəndə görəsən, arxamca nə danışacaqlar? İllərlə deyirlər ki, ad günü et, dostlarını çağır. Yox. Gərək bilim ki, kim mənə 1000, kim 50 manat verib”.