Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər.Oxu24.com-un məlumatına görə, məktubda deyilir:"Hörmətli cənab Prezident!Biz – Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımızı ifadə edirik.Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət amalınız, eləcə də ictimai xadim kimi vətəndaşlıq mövqeyiniz Azərbaycan xalqının Sizə olan rəğbətini daha da artırıb.Hörmətli cənab Prezident!Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir.Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız.Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb.Bu gün həmin tarixi irsin layiqli davamçıları olan milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir.Sizdən xahiş edirik ki, İran İslam Respublikasında yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində qətiyyətli və əməli addımlar atılmasına şəxsən təşəbbüs göstərəsiniz.Hesab edirik ki, bu məqsədlə Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisinin təşkil edilməsini, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılmasını, müvafiq pedaqoji kadrların hazırlanmasını, dərslik və tədris proqramlarının işlənib hazırlanmasını, eləcə də bu istiqamətdə zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılmasına ehtiyac duyulur.Əminik ki, belə bir təşəbbüs yalnız milyonlarla insanın çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməyəcək, həm də İranın mədəni müxtəlifliyinə verilən yüksək dəyərin, ədalətə və bərabərliyə sadiqliyin parlaq nümunəsinə çevriləcəkdir.Ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir.Hörmətli cənab Prezident!İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir.Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk.Bu məktubumuzu qələmə alarkən, Sizin də daim böyük sevgi və ehtiramla yad etdiyiniz Azərbaycanın və İranın qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın ana dilimizə həsr etdiyi ölməz misralarını dərin duyğularla xatırlayırıq.İnanırıq ki, ana dilinə böyük məhəbbət bəsləyən bir Prezident kimi Siz bu tarixi missiyanın gerçəkləşməsi üçün öz layiqli töhfənizi əsirgəməyəcəksiniz.Dərin hörmət və ehtiramla,Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının nümayəndələri:1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri2. Fuad Məmmədov – "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri3. Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondunun rəhbəri4. Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri5. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri6. Zaur İbrahimli – "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri7. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri8. Seyfəddin Hüseynli – "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri9. Səadət Məmmədova - "Maarifçi Media Mərkəzi" İctimai Birliyinin sədri10. Qəmər Bağırova - "Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri11. Fəridə Mirişova – "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri12. Sevinc Abdullayeva – "Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyinin sədri13. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri14. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri15. Şəbnəm Səfərova – "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri16. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri17. Mübariz Əsgərov – "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri18. Şahin Rəhmanlı – "İrəli" İctimai Birliyinin sədri19. İradə Rzazadə – "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri20. Lalə Sərdarlı – "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri21. Məqsəd Sarıyev – "YENİSİ" Ədədiyyət və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi22. Tükəzban Süleymanova – "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri23. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri24. Müşviq Ələsgərli – "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri25. Xatirə Vəliyeva – "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri26. Səltənət Qocamanlı – "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri27. Novella Cəfərova – "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri28. Səadət Bənənyarlı – "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri29. Aqil Camal – "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri30. Əmir Əliyev – "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri31. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri32. Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri33. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri34. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri35. Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri36. Cəsarət Hüseynzadə – "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri37. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri38. Əhməd Abbasbəyli – "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri39. Aytən Həsənova – "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyinin sədri40. Fuad Hüseynzadə – "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri41. Anar Xəlilov – "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri42. Cavid Abdullayev – "Yeni Yol" Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri43. Turanə Orucova – "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin (İB) təsisçisi və sədri44. Xalid Kazımov – "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri45. Elşad Məmmədli – "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri46. Nərmin Kərimova - "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri47. Əfsələddin Ağalarov – "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin sədri48. Yadigar Məmmədli – "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyinin sədri49. Tünzalə Abduləlimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri50. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri51. Vüqar Qədirov – "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri52. Kəramət İsmayılov – "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri53. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri54. İlqar Hüseynli – "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyinin sədri55. Cəmilə İsbəndiyarova – "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri"
Bu gün
3002 xəbər bu gün
Misir parlamenti Yəmən husilərinin hücumlarının intensivləşməsi fonunda Prezident Əbdülfəttah əs-Sisiyə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərmək və ölkənin müdafiəsini təmin etmək üçün zəruri tədbirlər görməyə icazə…
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və…
Oktyabrın 26-da Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Söhbət zamanı…
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb. Bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib. Nazir Baş…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə…
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib…
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı Azərbaycanla Dünya…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı…
ABŞ-ın Kaliforniya ştatında sərxoş sürücü ağır yol-nəqliyyat hadisəsi törədib. Modern.az xarici mediaya istinadla bildirir ki, o, təxminən 30 velosipedçidən ibarət qrupu avtomobillə vurub. Hadisə ştatın Monkler şəhərində…
11 cüdoçumuz 29-31 oktyabr aralığında Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək. Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançılar…
"Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.Bu Qərardan irəli gələn məsələləri…
"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun…
Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub. Onlardan biri yoldan çıxaraq səki ilə…
Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək. Bu barədə Prezident İlham Əliy...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı…
“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiqlənib. Nazirlər Kabineti bu barədə qərar verib. Maliyyə Nazirliyi bu Qərardan irəli…
Ermənistan gerçəkliyə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq deyil, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında mövcud olmalıdır. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident…
Bakının Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında…
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat…
“ERA Residence”in Yeni Yasamalda inşa etdiyi müasir və prestijli yaşayış kompleksi bir çox üstünlüyü ilə sizi mənzil almağa dəvət edir. Hazırda inşası davam edən…
Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva bu ölkənin Ticarət və Sənaye Palatasının xarici əlaqələr üzrə direktoru Natalya Juskova ilə görüşüb, tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini…
Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlığı və ölkənin təşkilata qarşıdakı sədrliyini müzakirə ediblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun…
Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən bu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb. Bu barədə TÜRKPA-dan…
Misir parlamenti Yəmən husilərinin hücumlarının intensivləşməsi fonunda Prezident Əbdülfəttah əs-Sisiyə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərmək və ölkənin müdafiəsini təmin etmək üçün zəruri tədbirlər görməyə icazə…
Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 004 yeni iş yeri açılıb. Bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə istinadən xəbər…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı…
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Şəmkir rayonunda avtomobil yollarının təmiri və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərin aparılması planlaşdırılır. Layihə çərçivəsində bir sıra küçə və yaşayış massivlərində təmir işlərinin həyata…
"Dövlət büdcəsindən dövlət investisiya proqramları çərçivəsində dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərə görə vergitutma məqsədləri üçün amortizasiya hesablanmasına yol verilən…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm …
Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, Maliyyə Nazirliyi…
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib…
Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Afrika ölkələrindən hərbçi cəlb edilməsini əhəmiyyətli dərəcədə artırıb. Bu barədə “Bloomberg” agentliyi Ukrayna kəşfiyyatının...
İraqın Meysan bölgəsinin Əyalət Şurasının sədri Mustafa Dəir Əbdülhəsən həbs olunub. Qərar onun İranla sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə itaətsizliyə çağırmaq və yolları...
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəsindən azad edilmiş Oktay Saral Türkiyənin rəsmi şəxslərindən biri idi. Rəsmi şəxsin bu cür proseslərə alət olması və bu tip açıqlamalar verməsi, təbii ki…
ABŞ Prezidenti Donald Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandıraraq, orada insanların öldürüldüyünü, gəmilərə hücum edildiyini və hökumətin olmadığını iddia edib. ABŞ lideri bu...
Bu Qərardan irəli gələn məsələləri Maliyyə Nazirliyi həll etməlidir. “Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” aşağıdakı kimi…
Əfsanəvi futbolçu, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto Bakıdadır. O, U-15 dünya çempionatını izləmək üçün paytaxtımıza gəlib. Qeyd edək ki, dünya çempionatı oktyabrın 30-da başa çatacaq./Qafqazinfo
Oktyabrın 26-da Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı…
"Barselona"nın müdafiəçisi Xavi Espart zədə səbəbindən UEFA Çempionlar Liqasında Bakıda "Sabah"a qarşı keçiriləcək görüşdə iştirak edə bilməyəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.
Məşhur R&B ifaçısı və Rihannanın keçmiş sevgilisi Kris Braun Londonun gecə klubunda musiqi prodüserinə hücum etdiyi üçün məhkəmə tərəfindən şərti cəzaya məhkum edilib. İnsidentin təfərrüatları.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Daşkörpü kəndinin tarixi, əhalisinin demoqrafik tərkibi, azərbaycanlıların etnik təmizləməyə və deportasiyaya məruz qalması barədə arxiv sənədlərinə əsaslanan…
Планы утверждены для 68 из 79 городов страны.
Генеральный прокурор Азербайджана Кямран Алиев обсудил с генсеком Организации исламского сотрудничества Исмаилом ульд Шейх Ахмедом борьбу с коррупцией и расширение сотрудничества между странами организации, сообщили...
26 октября Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального секретаря Всемирной организации туризма Шейху Аль-Нувейс. Об этом сообщает Day.Az со ссылкой на АЗЕРТАДЖ. Новость обновляется