Şərqi Azərbaycanda silahlı insident: 1 nəfər öldü

Şərqi Azərbaycan vilayətinin Şəbistər rayonunda silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu haqda rayonun polis rəisi polkovniki Siyab Şirəndeli bildirib.

Onun sözlərinə görə, saxlanılan qatildən iki ov tüfəngi aşkarlanaraq götürülüb.

Kimliyi açıqlanmayan cinayətkar qətli şəxsi münaqişə zəminində törətdiyini deyib.