Ağır çəki dərəcəsində boks üzrə keçmiş çempion Mayk Tayson Türkiyənin məşhur seriallarından olan “Duzlu qəhvə”yə (Tuzlu kahve) qonaq qismində qatılacaq.
Bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.
O bildirib ki, Tayson serialda Buğra Gülsoyun canlandırdığı “Mehmet” obrazının Amerikadan gələn dostunu oynayacaq.
Qeyd edək ki, sözügedən serial Azərbaycanda da xeyli rəğbət qazanıb.