“Hülya məni qoymurdu onu ziyarət edim, İzzəti görəndə pis oldum ki, ona olar, mənə olmaz?” - FOTO+ÖZƏL

“Firuzə xanımın xəstəliyini və əməliyyat olunmağını hamıdan birinci mən bilirdim. Yanına gedib sadəcə paylaşım etməmişdim. Buna da səbəblər var idi. Yüksək riskli xəstə olduğu üçün virus keçə bilərdi. Dünən mən də hamı kimi evə gedib dəyərli sənətkar bacımı ziyarət etdim. Sosial şəbəkədə yazırlar ki, “sağ olsun birinci İzzət bilib, gedib başa çıxıb, çəkib göstərib”. Mən İzzətdən də öncə bilirdim, sadəcə yenə də dediyim kimi xəstəliyinə görə getmirdim. Əlbəttə ki, İzzətə təşəkkür düşür ki, paylaşdı və hər kəsin xəbəri oldu”.

Bunu açıqlamasında müğənni Samirə Yusifqızı deyib.

O daha sonra əlavə edib:

“Firuzə xanım əməliyyata girəndən qızı Hülya ilə əlaqə saxlamışam, danışmışam, hal-əhval tutmuşam. Elə gün olub ki, 5 dəfə ard-arda yığmışam. Hülyaya dedim ki, qızım, mənə konum at, xəstəxanaya gəlim. Çünki biz çox yaxınıq. Firuzə mənim bacımdır, Hülya mənim qızımdır, o mənim gözümün qabağında böyüyüb. Xeyir və şər günlərimizdə bir-birimizin yanında olmuşuq. Hətta Hülyaya acıqlandım ki, məni xəstəxanaya gəlməyə niyə qoymursan? Dedi ki, “vallah, Samirə xala, həkim deyib ki, virusdan qoruyun”. Sonra İzzəti gördüm, sözün düzü pis oldum ki, məni qoymurduz, İzzət nə yaxşı gəldi?! İzzət də evə getmişdi. Yenə də deyirəm, İzzət böyüklük edib, gedib başa çıxıb, işıqlandırıb. O da sosial şəbəkələrdə paylaşıb, insanlar da xəbərdar olub”.