Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.
"Sözçü"-yə istinadən, bunu türkiyəli jurnalist Talat Atilla sosial şəbəkə hesabında yazıb.
O yazıb ki, O.Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub.
Saral cavabında “Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.
“Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral bildirib.
Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.