Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, təqsirləndirilən Əfəndiyev Kamran, İsmayılov Mikayıl, Dadaşov Ramil, Eldarov Eldar, Zülfiqarov Həsən, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb. /Lent.az
Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi Ceyhun Mirağayevin ölümündə təqsirləndirilən Emin Rəhimov və Elmar Cəfərov hakim qarşısına çıxarılıb.
Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxs barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib. /Unikal.az