Türkiyə Ermənistan sərhədində, Arpaçay üzərində yerləşən tarixi Ani körpüsünün bərpası ilə bağlı tender prosedurlarını tamamlayıb.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Uraloğlunun sözlərinə görə, körpü Qars vilayətindəki qədim Ani şəhərinin yaxınlığında yerləşir və 10-cu əsrdə Böyük İpək Yolu marşrutu üzərində inşa edilib.