2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 11 milyon 174 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib.
Dövlət Gömrük Komitəsinə istinadən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.
Hesabat dövründə Azərbaycan 106 milyon 57 min ABŞ dolları dəyərində kakao və kakao məhsulları idxal edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artım deməkdir.
Kakao və ondan hazırlanan məhsulların idxalı ölkənin ümumi idxalının 0,79%-ni, ixracı isə ümumi ixracının 0,05%-ni təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 211 milyon ABŞ dolları olub. Bu, illik müqayisədə 5,2% artım deməkdir.
Hesabat dövründə ölkənin ixracı 23 milyard 865 milyon ABŞ dolları, idxalı isə 13 milyard 346 milyon ABŞ dolları təşkil edib.