Ağcabədidə bir ailənin 4 üzvü qəzada yaralandı

Ağcabədidə ağır yol qəzası olub.

Hadisə Arazbar kəndində qeydə alınıb.

Kənd sakini, 47 yaşlı Hakim Hüseynovun “VAZ-21014” markalı avtomobili idarəetmədən çıxaraq, elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü, onun həyat yoldaşı və iki ayaşlı övladı xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.