"Kəpəz"in ev oyunlarının biletləri satışda

"Kəpəz" növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb.

Futbol həvəskarları həm Azərbaycan kuboku uğrunda yarışın 2-ci təsnifat mərhələsində "Baku Sportinq", həm də Misli premyer-liqasının 10-cu turunda "İmişli"yə qarşı matçların biletlərini əldə edə bilərlər.

Biletlər 2, 3, 5, 10 və 20 manat dəyərindədi.

Satış "iticket.az" saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.

"Kəpəz" "Baku Sportinq"i oktyabrın 28-də, "İmişli"ni isə noyabrın 1-də qəbul edəcək.