Biləsuvar şəhərində yağan güclü yağış bazarın bir hissəsinin su altında qalmasına səbəb olub.
Medianews.az bildirir ki, bu barədə rayon sakinləri Oxu.Az-a məlumat veriblər.
Onların sözlərinə görə, su, əsasən, bazarda kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi əraziyə dolub.
Nəticədə həmin hissədə su yığıntıları yaranıb və bazarda hərəkət çətinləşib.
Qeyd edək ki, hal-hazırda rayon ərazisində yağışlı hava şəraiti hökm sürür.