"Ceyms Bond" filmlərinin aktrisası Cudi Denç görmə qabiliyyətini itirdiyi üçün kino çəkilişlərindən uzaqlaşıb.
91 yaşlı britaniyalı aktrisa artıq filmlərdə rol ala və teatr səhnəsinə çıxa bilmədiyini açıqlayıb.
“Oskar” mükafatı almış sənətçiyə 2012-ci ildə yaşla bağlı makula degenerasiyası diaqnozu qoyulub. Xəstəlik zaman keçdikcə onun gündəlik həyatına daha çox mənfi təsir göstərməyə başlayıb.
“Artıq səhnədə oynaya filmlərdə çəkilə bilmirəm. Oxuya da bilmirəm”,- deyə, aktrisa bildirib.
Hazırda Denç daha çox radio dinləməyə çalışır və diqqətini sağlamlıq problemi üzərində cəmləməməyə üstünlük verir.