Rusiyanın dərinliklərinə zərbələri bu gizli bölmə endirir

Rusiyanın dərinliklərindəki zərbələrin arxasında Ukrayna Silahlı Qüvvələrinin "Kayros" adlı gizli bölməsi dayanır.

Bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, "Kayros" 7-ci Əlahiddə Pilotsuz Sistemlər Mərkəzinin tərkibində yaradılıb. Bu bölmə Rusiya ərazisinin dərinliklərində qanadlı raketlər və dronlardan istifadə edilməklə həyata keçirilən çoxsaylı hücumlara görə məsuliyyət daşıyır.