Güllə yarası alan reper öldü

Reper və aktivist Mişa Mavaşi güllə yarasından ölüb.

Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

"Baza"nın məlumatına görə, Mavaşi evində güllələnib və insidentdən dərhal sonra təcili yardım çağırılıb: "O, reanimasiyaya yerləşdirilib. Lakin həmin vaxta qədər xeyli qan itiribmiş".

"Mash" "Telegram" kanalı isə yazır ki, reper başından güllə yarası aldığı üçün ölüb. İlkin məlumatlara görə, o, silahla ehtiyatsız davranma səbəbindən dünyasını dəyişib. Faciə baş verən zaman Mişanın həyat yoldaşı evdə olub: "Amma o, Mişanın öldüyü yerdə yox, başqa otaqda imiş".

Qeyd edək ki, bu gün səhər saatlarından Mavaşinin ölüm xəbərləri yayılırdı. "Mavaşi group"un konsert direktoru Nikolay Voytenko sənətçinin ölümünü "Podyom" nəşrinə təsdiqləmişdi.