Premyer-liqanın 9-cu turunun mərkəzi oyununda “Sabah” “Qarabağ”ı qəbul edəcək. “Bayquşlar” yeni stadionunda – 6700 yerlik “Dalğa Arena”da ilk oyuna çıxacaq. Bəs indiyədək neçə bilet satılıb?
“Football-plus.az” olaraq, ilk növbədə “iTicket” platformasında sektorlar üzrə satış vəziyyətini öyrənmək istəsək də, bütün sektorlarda satış eyni vaxtda başlamadığından bu, mümkün olmadı. Bu səbəbdən klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq.
Onun saytımıza verdiyi məlumata görə, indiyədək 2100 bilet satılıb. Bu rəqəmin artacağı güman olunur.