Azərbaycanlı futbolçu İspaniyada oynayacaq

Azərbaycanlı daha bir futbolçu legioner həyatı yaşayacaq. U-17 yığma komandamızın üzvü Amin İmanverdiyev İspaniyada oynayacaq. O, III Liqada mübarizə aparan "Mursiya" ilə anlaşıb. İmanverdiyevlə 3 illik müqavilə imzalanıb. Amin bundan öncə isə İspaniyanın "Osense" klubunun formasını geyinib.